Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada internetə çıxış nöqtələrini görməyə imkan verən tətbiq yaradılıb
Yaponiyanın “NTT Docomo” aparıcı mobil operatorunun hazırladığı mobil tətbiq internetə simsiz çıxış nöqtələrini görməyə icazə verir. Bu haqda 20 fevral tarixində şirkətin nümayəndələri məlumat veriblər.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "NavitimeforJapanTravel" adlı proqram artırılmış reallıq metodundan istifadə edir.“Wi-Fi” nöqtələrin axtarışı üçün proqram istifadəçisi öz smartfon və ya planşet kompüterində kameranı işə salmalı və onun obyektivi vasitəsilə ətrafa nəzər salmaq tələb olunur. Qurğunun ekranında vizual şəkildə ödənişsiz internetə çıxış imkanı olan zonalar görsənəcək. Ümumilikdə tətbiqin məlumat bazasında hazırda Tokio və Yaponiyanın başqa böyük şəhərlərində 11 mindən çox “Wi-Fi”nöqtə haqqında informasiya var.
Tətbiqin tərtibatçılarınınhesablamasına əsasən, proqram Yaponiyada xarici turistlər arasında populyar olacaq.
Emil Hüseynov
20/02/14 Çap et