Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sinam” şirkəti Mərkəzi Bank ilə yeni layihə üzrə müqavilə imzalayıb


Azərbaycanın aparıcı İT şirkəti  "Sinam" ölkənin  Mərkəzi Bankı ilə yeni layihə üzrə müqavilə imzalayıb.
"Sinam" şirkətinin rəhbəri Elçin Əliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən,  layihə Azərbaycan Mərkəzi Bankının Elektron Statistika və Analitik Hesabatlılıq Sisteminin (ESAHS) genişlənməsini nəzərdə tutur.

"Bu, çox ciddi platformadır və biz Mərkəzi Bankın mütəxəssisləri ilə birgə analitik-statistik sistemin genişlənməsi üzrə aktiv işlər aparırıq ki, gələcəkdə sistemin işini yüksək səviyyədə təmin edək", - deyə o bildirib.

Aynur Vəliyeva





20/02/14    Çap et