Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda QHT-lər üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi tezliklə istifadəyə veriləcək
Azərbaycan Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatları üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması ilə bağlı əsas işləri görüb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 noyabr 2013-cü ilə tarixli Fərmanına uyğun olaraq “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması ilə bağlı zəruri işlər görülüb və yaxın zamanlarda onun istifadəyə verilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, “Fərdi elektron pəncərə” qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.
Qeyd edək ki, adıçəkilən sisteminin yaradılması və tezliklə istifadəyə verilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcək.
CAHANGİR
20/02/14 Çap et