Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda videoqeydlər aparan vasitələr mərkəzi informasiya sisteminə inteqrasiya olunacaq


Ölkəmizdə videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunacaq.
 
Bununla bağlı Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanması zamanı tətbiq olunan qaydalara yeniliklər ediləcək. Milli Məclisdən verilən məlumata görə, dəyişikliklə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə yeni 391.1-1 maddəsi əlavə olunacaq.
 
Artıq layihə parlamentin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
 
Seymur
 
 
 
 




20/02/14    Çap et