Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “3D” skanerlə təchiz edilmiş smartfon istehsal edib


“Google” şirkəti “Project Tango” kod adlı smartfon təqdim edib. Kompüter görmə texnologiyasından istifadə edən aparat onu əhatə edən məkanı qeyd edə və üçölçülü modelini yarada bilir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfonun arxa panelində yerləşdirilmiş ötürücülər (hərəkətlərin izlənilməsi kamerası və sensor ) təsvirin ötürülməsinə cavabdehdir.
 
Ötürücülərdəki informasiyanı iki ədəd “Movidius” şirkətinin istehsalı “Myriad 1” ixtisaslaşdırılmış prosessoru emal edir. Prosessorların xüsusiyyəti analoqları ilə müqayisədə son dərəcə aşağı enerji istehlakıdır.
 
Smartfon 5 düymlük ekran və adi təsvir ölçüsünə malik 4 düymlük kamera ilə təchiz edilib və “Android” əməliyyat sistemi ilə işləyir.
Smartfon yalnız prototip şəklində mövcuddur. Onun kütləvi istehsalından hələ ki söhbət belə getmir. “Google”da “Project Tango” smartfonunun iki yüz prototipi var.

Emil Hüseynov




21/02/14    Çap et