Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası yeni “OneDrive” servisini istifadəyə verib


 “Microsoft” korporasiyası dünya üzrə yeni “OneDrive” pulsuz “bulud” servisini istifadəyə verib ki, bu servis istifadəçilərə vacib məlumatların saxlanılmasına imkan verir.

“Microsoft-Azərbaycan” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bundan öncə “SkyDrive” kimi tanınan “OneDrive” sistemi istifadəçilərə vacib foto, video və digər sənədlərin istənilən qurğularda saxlanması üçün vahid məkan təqdim edir.
 
Bu servis “Windows Phone”, “iOS”, “Android” və “Xbox” üçün yeni əlavələr və videoların paylaşması kimi təkmilləşdirilmiş xidmətlər təklif edir. “Microsoft” korporasiyası sözügedən servisin işə salınmasından sonra öz akkauntlarından istifadə edən ilk 100 000 nəfərə məlumatların 1 il saxlanılması üçün həcmi 100 Qbayt təşkil edən əlavə məkan təqdim edir.
Onlayn tədqiqata əsasən, “bulud” servislərindən istifadə edənlərin 77%-i şəxsi məlumatları digər qurğularla sinxronlaşdırılmamış qurğularda saxlayır və istifadəçilərin 69%-i məlumatların itkisinə, bu məlumatların saxlanılan qurğunun itməsinə üstünlük verir.
“OneDrive”la sözügedən seçimi etmək lazım deyil, belə ki, bu servis məlumatların saxlanılması üçün həcmi 7 Qbayt təşkil edən məkan təklif edir. Nəticədə istifadəçilər üçün öz məlumatları istənilən zaman əlçatan olur.
“Kimsə öz telefonunu, planşetini və ya digər bir qurğunu götürərkən, sevdiyi şəkillərin və sənədlərin arxasınca düşmək istəmir, əksinə, istəyir ki, bütün bunlar əlinin altında olsun. Bu, bizim “OneDrive”la birgə tutduğumuz istiqamətdir. Biz sözügedən xidməti “Microsoft”un bütün sonuncu qurğularına quraşdırmışıq – “Xbox”dan “Windows Phone”a və “Windows 8.1”-dən “Office”dək – biz, həmçinin, bu xidməti şəbəkədə və “iOS” və “Android” mobil platforma istifadəçiləri üçün də əlçatan etmişik. Nəticədə siz öz şəkillərinizə, videolarınıza və digər sənədlərə istənilən vaxt çıxış imkanı əldə edirsiniz”, - deyə “Microsoft” korporasiyasının ƏS xidmətləri üzrə vitse-prezidenti Kris Cons bildirib.
“OneDrive”ın yeni imkanları sırasına “Android” platforması üçün şəkil və videoların avtomatik ehtiyat kopyalanması daxildir. Bu servis vasitəsilə videonu saxlamaq, baxmaq və paylaşmaq fotoşəkillərlə aparılan analoji hərəkətlər kimi asandır.
Bundan başqa, “OneDrive” xidmətindən biznes dairələri də yararlana bilər. Belə ki, şirkətlərdə çalışan işçilər eyni zamanda müxtəlif qurğularda sənədləri saxlaya və sinxron edib eyni vaxtda işləyə bilərlər.
Qeyd edək ki, “OneDrive” istifadəçiləri onlara pulsuz həvalə olunan 7 Qbaytdan əlavə 50, 100 və 200 Qbayt həcmində məkan əldə edə bilərlər. “SkyDrive”ın hazırkı istifadəçiləri akkauntlarından “OneDrive”a daxil olmaq üçün istifadə edə bilərlər.
 
Bundan başqa, hazırkı istifadəçilər dostlarını “OneDrive”a dəvət etdikdə hər bir dəvət olunmuş dosta görə 5 Mbaytadək məkan əldə edəcək (ardıcıl olaraq 500 Mbayt). İstifadəçilər, həmçinin, kameralarda fotoşəkillərin avtomatik ehtiyat kopyalanması funksiyasından yararlanaraq əlavə 3 Qbayt məkan əldə edəcək. “OneDrive” haqqında daha ətraflı məlumatı “http://www.onedrive.com” saytından əldə etmək olar.
Aynur Vəliyeva




21/02/14    Çap et