Niderlandda elektron siqaret buraxılıb
Niderlandın "Supersmoker” şirkəti smartfona qoşulmaq üçün “Bluetooth” modulu ilə təchiz edilən dünyanın ilk elektron siqaretini təqdim edib.
Qurğudan musiqi pleyeri kimi istifadə etmək mümkündür – musiqi quraşdırılmış dinamiklərdən səslənəcək. Bundan başqa, elektron qurğu mikrofonla təchiz edildiyindən ondan telefonla danışmaq üçün simsiz qarnitur kimi də istifadə etmək olar.
“Supersmoker Bluetooth”un təsvirində deyilir ki, istifadəçi musiqini qurğunu yanına qoymaqla və ya boynundan asmaqla dinləyə bilər. Musiqi sevənlərin siqareti çəkən zaman musiqini dinləyə bilməsi barədə məlumat verilmir. Bundan başqa, damaqda olan siqaretin telefonla danışmağa mane olması da məlum deyil.
Səs ucalığını tənzimləmək üçün "Supersmoker Bluetooth” korpusunda iki düymə yer alıb, üçüncü düymə isə simsiz rabitəni işə salır və söndürür.
Elektron siqaretin qiyməti təxminən 110 dollar təşkil edir, - "Onliner”
www.onliner.by yazır.