Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın 50 ən “ağıllı” şirkətinin adı açıqlanıb


Massaçusets Texnologiya İnstitutu (MTİ) dünyanın 50 ən qabaqcıl şirkətinin illik reytinqinə "Apple" şirkətini daxil etməyib. Sözügedən reytinq təhsil müəssisəsinin rəsmi bloqunda dərc edilib.
 

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, 2012-ci ildə "Apple" şirkəti "iPhone 4s" smartfonunda "Siri" səs köməkçisinin yaradılmasına, 2013-cü ildə isə planşet və noutbuklar üçün "Retina" ekranların buraxılışına görə reytinqə daxil edilmişdi.

 
2014-cü ildə reytinqdə insanın geninin tədqiqatı ilə məşğul olan "Illumina" şirkəti liderdir.
 
İkinci yerdə kütləvi elektrik avtomobili yaratmağa müvəffəq olan "Tesla Motors" şirkəti qərarlaşıb. Üçüncü və dördüncü yerləri müvafiq olaraq "Google" və "Samsung" şirkətləri bölüşdürürlər.

MTİ ekspertlərinin fikrincə, axtarış nəhəngi artıq yalnız reklam satıcısı olmaqdan çıxıb.  Koreya istehsalçısı isə smartfon bazarının lideri kimi öz mövqeyini daha da möhkəmləndirib.
 
2014-cü ildə  MTİ məlumatların "bulud"da saxlanılması xidmətlərinə xüsusi diqqət ayırıb. Bu sahədəki xidmətlərinə görə "Dropbox" şirkəti altıncı yerdə qərarlaşıb.
 
10-cu yerdə elektron ticarətin imkanlarından gözləntiləri doğrultmuş "Amazon" şirkəti qərarlaşıb, avtomatik silinən mesajlardan ibarət "Snapchat" messenceri isə 12-ci olub.
 
Emil Hüseynov




21/02/14    Çap et