Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-də 12 kanallı sosial paketin yayımının iyun ayına kimi başa çatdırılması planlaşdırılır


Hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış ərazilərinin 75 faizində rəqəmsal televiziya yayımı təmin edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri muxtar respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2013-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında nazir Rövşən Məmmədov səsləndirib.

Onun sözlərinə görə, bağlanmış müqaviləyə əsasən, bu ilin iyun ayına kimi bütün yaşayış məntəqələrində 12 kanallı sosial paketin yayımının başa çatdırılması nəzərdə tutulur.

R.Məmmədov həmçinin qeyd edib ki, muxtar respublikanın yaşayış  məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi tədbirləri 2013-cü ildə də davam etdirilib. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 91 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Ötən ilin fevral ayından başlayaraq muxtar respublikaya daxil  olan internet kanalının sürəti 1 Gb/s-dək artırılıb, aprel ayının 1-dən isə muxtar respublikada genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 40 faiz aşağı salınıb.

CAHANGİR
 




21/02/14    Çap et