Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan hakimiyyəti “Vikaspedia” internet ensiklopediyasını işə salıb


Hindistan hakimiyyəti öz “Vikipediya” layihəsini – vacib məlumatların kütləyə çatdırılması üçün yaradılmış çoxdilli “Vikaspedia” portalını istifadəyə verib.


“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Vikipediya” onlayn ensiklopediyası ilə brend və konseptual cəhətdən oxşarlığa baxmayaraq, bu həll ölkədə “elektron hökumət” layihəsinin həyata keçirilməsinin növbəti aspektidir.

Hesab edilir ki, burada beş əsas sahə üzrə vacib məlumatlar dərc ediləcək: kənd təsərrüfatı, səhiyyə, təhsil, sosial təminat və energetika. Portal ingilis, hindi, assam, həmçinin marati və teluqu dillərində işləyəcək.

Emil Hüseynov
 
 
 
 
 

 




21/02/14    Çap et