Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti sapfir ekranların üçillik ehtiyatını satın alıb
Kütləvi informasiya vasitələrində "Apple" şirkətinin sapfir şüşələrə marağı haqqında dəfələrlə yazılıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Canonical" şirkətinin baş direktoru Mark Şattlvortun sözlərinə görə, "Apple" şirkəti 4,5 düymlük sapfir ekranların böyük partiyasını satın alıb.
Qeyd edək ki, "Canonical" şirkəti sözügedən ekranları "Ubuntu Phone OS" ilə işləyən "Edge" smartfonunda istifadəyə ümid edirdi. Şattlvort deyib ki, "iPhone" və "iPad" istehsalçısı sapfir ekranların üçillik ehtiyatını əldə edib.
Şayiələrə görə, "Apple" "iPhone" smartfonunda sapfir ekranlardan istifadə etmək istəyir.
Emil Hüseynov
22/02/14 Çap et