Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılacaq
Kənd Təsərrüfatı Nazirliyi (KTN) gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılmasını qərarlaşdırıb.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə nazirliyin rəsmi saytında yerləşdirilən elanda məlumat verilir.
Bu məqsədlə KTN müəyyən olunmuş tələblərə cavab verən kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssisləri, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) “hr@agro.gov.az” elektron poçt ünvanına göndərməyə dəvət edir.
Tələblərə əsasən, müraciət edənlər ali təhsilli və ya bu il məzun olacaq (yüksək qiymətlərlə) şəxslər olmalıdır. Bundan əlavə, tələblərə beynəlxalq layihələrdə iş təcrübəsi, sərbəst ingilis və ya digər xarici dilləri bilmək və “MS Office” bilikləri daxildir.
CAHANGİR
22/02/14 Çap et