Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xocalı soyqırımı ilə əlaqədar sayt yaradılıb


Xocalı soyqırımı ilə bağlı iki dildə fəaliyyət göstərəcək sayt – “www.26fevral.az” yaradılıb.
 
Azərbaycan və ingilis dillərində istifadəçilərə  təqdim olunan portalda faciə haqqında geniş məlumatlar yerləşdirilib.
 
Bu layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakininin səsi lentə alınaraq filmlər hazırlanıb və videoarxiv yaradılıb.
 
Həmin filmlər “26 fevral.az” saytı vasitəsilə dünyaya yayılacaq.
 
Qeyd edək ki, Miras İctimai Birliyi və “İmage” şirkəti tərəfindən həyata keçirilən sözügedən layihə 1 il boyunca davam edəcək. Saytın yaradılmasında Xocalı rayon İcra Hakimiyyəti və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi yaxından iştirak edib.
 
Məlumat üçün bildirək ki, bu ayın 25-də “26fevral.az” internet portalının təqdimatı keçiriləcək.
 
Seymur
 
 




22/02/14    Çap et