Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycan Hava Yolları” onlayn qaydada bilet əldə edən sərnişinlərə müraciət edib
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) onlayn qaydada bilet əldə edən sərnişinlərə müraciət edib.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, QSC-nin rəsmi saytında yerləşdirilən müraciətdə bildirilir ki, uçuşa qeydiyyat zamanı hava limanı personalının (və ya rəsmi nümayəndə tərəfindən) tələbi əsasında, aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartı müvafiq məlumatların yoxlanılması və müqayisəsi üçün həmin məsul əməkdaşlara təqdim olunmalıdır.
Məlumatların yoxlanılması və müqayisəsi kredit kartları ilə bağlı saxtakarlıq faktlarına yol verilməməsi məqsədilə həyata keçirilir.
Aviaşirkətin rəsmi internet səhifəsi “www.azal.az” vasitəsilə rəsmiləşdirilmiş aviabiletdə tarixin dəyişdirilməsi və ya aviabiletin qaytarılması üçün +99412-598-88-80 telefon nömrəsi və ya “callcenter@swtravel.az” elektron ünvanı ilə əlaqə saxlanılması xahiş olunur (aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartının və pasportun soyad/ad qeyd olunan surətinin əksi elektron ünvanında göndərilməsi şərtilə).
CAHANGİR
24/02/14 Çap et