Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Rusiya nanostrukturların yaradılması istiqamətində birgə tədqiqatları davam etdirəcəklər
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutu birgə elmi tədqiqatları davam etdirəcəklər.
Belə ki, tərəflər yarımkeçiricilərin nazik epitaksial təbəqələrinin cihazqayırmada mühüm əhəmiyyətini nəzərə alaraq, onların alınma texnologiyalarının yenidən işlənməsi, müxtəlif təyinatlı elementlərin və nanostrukturların yaradılması istiqamətində tədqiqat işlərinin davam etdirilməsini qərara alıblar.
Bu qərar Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Nazik və Epiktaksial Təbəqələr laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Hidayət Nuriyevin Rusiyaya səfəri zamanı verilib. İnstitutdan bildirilib ki, səfərdə məqsəd Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutu ilə birgə aparılan elmi tədqiqatların nəticələri və gələcək planların müzakirəsi olub.
Ongünlük ezamiyyət müddətində H.Nuriyev Rusiyanın əməkdar elm xadimi Rafiq İmanov və institutun digər aparıcı alimləri ilə görüşüb, yeni texnologiyalarla tanış olub.
Həqiqət İSABALAYEVA
24/02/14 Çap et