Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ZTE” şirkəti “Grand Memo II” planşetofonunu nümayiş etdirib
Çinin “ZTE” şirkəti “MWC” sərgisində “Grand Memo II” planşetofonunu nümayiş etdirib. Aparatın qalınlığı cəmisi 7,2 mm-dir. Qurğu “Gorilla Glass 3” şüşəsi ilə qorunan 6 düymlük HD ekran, “Snapdragon 400” dördnüvəli prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, planşetofon 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera, həmçinin 3200 milliamper/saat həcmində akkumulyator və infraqırmızı portla təchiz edilib. LTE şəbəkəsi dəstəklənir. “Android 4.4” proqram platforması quraşdırılıb.
Emil Hüseynov
24/02/14 Çap et