Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İT şirkəti Qırğızıstanda Dünya Bankının layihəsini icra edəcək
Azərbaycanın "Sinam" şirkəti Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən "QırğızHidroMet"in arxivinin uzunmüddətli saxlanması üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması" layihəsinin icrasında iştirak edəcək.
Şirkətdən bildirilib ki, layihə çərçivəsində texniki avadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması, "QırğızHidroMet"in arxivində yerləşən kağız sənədlərinin rəqəmsal şəklə salınması, indeksləşdirilməsi və verilənlər bazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Sinam" şirkəti adıçəkilən layihə çərçivəsində keçirilən tenderin qalibi seçilmişdir. Tenderdə Azərbaycan şirkəti ilə yanaşı, "NSP MMC" (Qırğızıstan), "Lanit QSC" (Rusiya) və "Empire&Redocs" (Qırğızıstan və rus şirkətlərinin konsorsiumu) iştirak edib.
Həqiqət İSABALAYEVA
25/02/14 Çap et