Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un “WhatsApp”ı satın almasının 5 vacib SƏBƏBİ


Son günlər texnologiya dünyasında ən çox əks-səda doğuran müzakirə mövzularından biri "Facebook"un "WhatsApp" messencerini satın alması oldu. Gözlənilməz qərara hər kəs bir don geyindirməyə çalışdı. Ekspertlər və analitiklər isə məsələyə daha peşəkar prizmadan baxaraq konkret faktlarla İT sənayesinin ən bahalı alqı-satqılarından birini şərh etməyə çalışdılar. Beləliklə, kifayət qədər tutarlı faktlara söykənən ekspert analizlərini təqdim edirik. 
 
Hələ ötən il "TechCrunch" texnobloqunun jurnalistləri tərəfindən hazırlanmış infoqrafikaya əsasən, İspaniyada "WhatsApp" messencerindən istifadə göstəricisi 97%, İtaliyada 54%, Niderlandda 83% və İsveçrədə 69% olub. Yazışma üçün "Facebook Messenger"dən aktiv istifadə edən "iPhone" sahiblərinin payı isə  bu ölkələrin əksəriyyətində olduqca aşağıdır.




 
1. "Facebook"un yeni istifadəçilərə və bazarlara kəskin ehtiyacı var
 
Göründüyü kimi, Facebook"un yeni istifadəçilərə kəskin ehtiyacı var. Digər bir tərəfdən isə  "Facebook"un artıq "WhatsApp" messencerinin artım sürətinə çatmaq imkanı yox idi.
 
2. "WhatsApp" yeni auditoriya cəlb edilməsi üzrə sosial şəbəkə və messencerlər arasında rekordçudur
 
9 ay bundan əvvəl proqramdan müntəzəm olaraq 200 milyon insan istifadə edib. Bu yaxınlarda şirkətin açıqladığı yeni göstəriciyə əsasən, onun auditoriyası 450 milyon aktiv istifadəçi təşkil edir.
 



Bu halda tətbiq vasitəsilə yüz milyonlarla istifadəçisi ünsiyyət saxlayır. Hələ ötən ilin iyununda şirkət 24 saat ərzində göndərilmiş mesajların sayının 27 milyard olduğunu açıqlamışdı. 2012-ci ilin dekabrında isə  bu göstərici 18 milyard dollar təşkil edib.
 
3. "Facebook" satın almasa idi, başqa rəqib bunu edəcəkdi
 
2013-cü ildə yayılmış şayiələrə görə, "Google" şirkəti messenceri satın almaq istəyirdi. Hətta sazişin dəyəri 1 milyard dollar olacağı fikirləri də səslənirdi.



 
"The Information" texnologiya bloqu yazır ki, "WhatsApp" satınalma haqqında təklif aldığı təqdirdə internet nəhənginə bu barədə verdiyi məlumat müqabilində "Google" ödəyəcəkdi. Buna baxmayaraq,  "WhatsApp"in yaradıcıları bu sazişdən imtina ediblər. Lakin üstündən bir neçə ay keçir və  messencer "Google"un rəqibi "Facebook" satılır.
 
 
4. O,  ən universal mobil messencerdir

 
"WhatsApp" vasitəsilə ünsiyyət üçün tətbiq, demək olar ki, bütün platformalar üçün mövcuddur. Şirkət "iOS", "Android", "Windows Phone", "BlackBerry", "Nokia S40/Asha" və "Symbian" əməliyyat sistemlərindən istifadə edənlər üçün əlçatandır.



 
Yalnız tətbiqin brauzer və ya masaüstü əməliyyat sistemləri üçün müştərisi yoxdur. 
 

5. "WhatsApp"ı almaq - Mark Zukerberqin interneti planetdə 5 milyard insan üçün əlçatan etmək üzrə planın bir hissəsidir 

 
Ötən il Mark Zukerberq interneti və müasir kommunikasiya vasitələrini planetdə 5 milyard insan üçün əlçatan etmək planını açıqlamışdı. "Internet.org" təşkilatının təşəbbüsünə "Facebook"dan başqa "Nokia", "Opera", "Samsung", "Qualcomm" və başqa şirkətlər qoşulmuşdu. 
 
"WhatsApp" messencerinin inkişaf etməkdə olan bazarlardakı uğuru göstərir ki, bu cür messencer yaşayış səviyyəsindən asılı olmayaraq, insanlar arasında əlaqə yaratmağın ən yaxşı üsullarından biridir.
 
Emil Hüseynov





25/02/14    Çap et