Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bütün zərərli proqram təminatı “Android” platformasına hədəflənib
"Kasperski Laboratoriyası" antivirus şirkəti öz həmkarlarının tədqiqatlarını təsdiqləyib: "Android" platforması kiberhücumlar üçün ən populyar mobil əməliyyat sistemidir. Mobil zərərli proqram təminatının 98 faizi məhz bu platforma üçün nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər 2013-cü ildə smartfon və planşetlər üçün 143 mindən çox yeni virus modifikasiyası hesablayıb. Zərərli proqramların 98,05 faizi "Android", 1,55 faizi "J2ME", 0,27 faizi "Symbian" platforması üçün nəzərdə tutulub. "iOS" daxil olmaqla, başqa sistemlərin payı 0,13 faiz təşkil edib.
Antireytinqdə birinci yerdə Rusiya, sonrakı yerlərdə Hindistan, Vyetnam, Ukrayna və Böyük Britaniya yerləşib.
Emil Hüseynov
26/02/14 Çap et