Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliya ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə görüşüb.
 
Azərbaycanla Braziliya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün sahələrdə əks olunduğunu deyən nazir Əli Abbasov digər sahələrdə olduğu kimi, İKT sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb.
 
 İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri, perspektivlərdən söz açıb.
 
 
Azərbaycanda gedən sürətli inkişaf prosesləri ilə tanış olduğunu deyən Santyaqo Luis Bento Fernandes Alkasar da ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib.
 
İKT sahəsində münasibətlərin inkişafından da söz açan diplomat Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan "Bakutel"ə  Braziliya şirkətlərinin də maraq göstərdiyini vurğulayıb.
 
 Səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.




26/02/14    Çap et