Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komissiyası elektron sorğuların statistikası və məzmununu açıqlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron poçt ünvanına yanvar ayı ərzində daxil olan sorğuların statistikası və məzmunu bəlli olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 46 sorğu daxil olub. Sorğulardan 8-i dövlət qulluğuna qəbul qaydaları, 7-si isə digər məsələləri əhatə edib.
Hər biri 6 ədəd olmaqla müsahibə mərhələsi üçün tələb olunan sənədlər və müsahibələrin vaxtı ilə bağlı 12 sorğu göndərilib.
Bununla yanaşı, komissiyaya 6 təşəkkür məktubu ünvanlanıb.
Ötən ay komissiyaya ünvanlanan sorğulardan 4-ü növbəti müsabiqənin vaxtı, 2-si test imtahanı vaxtı və 2-si müsahibə proqramı ilə əlaqədar olub.
Bundan əlavə, elektron poçt ünvanına hər biri 1 ədəd olmaqla qeydiyyat, test imtahanı mərhələsi, müsahibədə qiymətləndirmə, müsahibənin vaxtının dəyişdirilməsi və ümumi müsahibə mövzuları ilə bağlı sorğular göndərilib.
Qeyd edək ki, bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
CAHANGİR
26/02/14 Çap et