Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda iş yerlərinin virtuallaşdırılması mövzusunda seminar keçiriləcək


Martın 4-də “VmWare”, “Cisco” və “Softline” şirkətlərinin təşkilatçılığı ilə Bakıda “İş yerlərinin virtuallaşdırılması və “Windows”un yeni versiyalarına miqrasiya” mövzusunda seminar keçiriləcək.
 
“Softline” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, desktopların virtuallaşdırılması (Virtual Desktop Infrastructure – VDI) – virtual mühitdə iş yerlərinin yaradılması anlamına gəlir.
 
 İş yerlərinin virtuallaşdırılması texnologiyası vasitəsilə əməkdaşlar internetə çıxış olan istənilən qurğudan (smartfon, planşet kompüteri və s.) fərdi iş yerinə və korporativ informasiya resurslarına çıxış əldə edə bilər. “VDI”-nin tətbiqi şirkətə istifadəçilərin iş yerlərinin yaradılmasını və inzibatçılığını asanlaşdırmağa, İT infrastrukturunun çevikliyini təmin etməyə imkan verir.

Tədbir İT departamentlərin əməkdaşları və rəhbərləri, şirkət rəhbərləri, analitiklər və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər  üçün nəzərdə tutulub.

Aynur Vəliyeva
 




26/02/14    Çap et