Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən çox spam göndərən ölkələr hansıdır?
“Symantec” şirkətinin mütəxəssisləri cari ilin yanvar ayı üzrə spam mesajlarının intensivliyi haqqında hesabat dərc ediblər. Şirkətin mütəxəssislərinin versiyasına görə, Kanada ən çox spam mesajı göndərən ölkədir. Qlobal spam mesajlarının 7.4 faizi onun payına düşüb. İkinci yerdə İspaniya, üçüncüdə isə Rusiya qərarlaşıb.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bu halda cari ilin birinci ayının nəticəsinə görə, poçt trafikində spamın ümumi payı 62,1 faiz təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 1,9% azdır.
Emil Hüseynov
27/02/14 Çap et