Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Android” smartfon və planşetlər üçün “Vergi testi” əlavəsi istifadəyə verilib
Azərbaycanda “Android” əməliyyat sistemli smartfon və planşetlər üçün yeni “Vergi testi” əlavəsi yaradılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən (VN) məlumat verilib. Nazirlik qeyd edir ki, vətəndaşlar vergilərlə bağlı biliklərini yoxlamaq istəyərsə, yeni hazırlanan “Vergi testi” əlavəsindən yararlana bilər.
VN onu da qeyd edir ki, sözügedən test əlavəsində ümumi sual bazası 997 sualdan ibarətdir: “Vətəndaşlar bu əlavə vasitəsilə həm klassik (15 sualı cavablandıraraq ümumi xal yığmaq), həm də rekord (ilk səhv cavabadək) rejimlərində testdən keçə bilərlər”.
SEYMUR
27/02/14 Çap et