Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özbəkistanda peyk orbitlərinin və radiotezlik çeşidinin istifadəsinin tənzimlənməsi məsələləri müzakirə ediləcək



Martın 12-14-də Daşkənddə (Özbəkistan) Radiotezlik çeşidinin idarəedilməsi üzrə işçi qrupun 4-cü iclası və Regional Rabitə Birliyinin peyk orbitlərinin və radiotezlik çeşidinin istifadəsinin tənzimlənməsi üzrə komissiyası yanında radioyayım üzrə işçi qrupun isə 3-cü iclası keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, işçi qrupların iclasları birgə sessiya çərçivəsində keçiriləcək və RRB-nin “470-862 MHz radiotezlik diapazonlarının müxtəlif radioxidmətlər tərəfindən istifadəsi perspektivləri” hesabatının layihəsinə əlavə işçi sənədin strukturunun işlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Qeyd edilən diapazonun radioxidmətlər tərəfindən mövcud və planlaşdırılan istifadəsi haqda məlumatları analiz ediləcək.
 
İşçi qrupların iclaslarında isə RRB-nin peyk orbitlərinin və radiotezlik çeşidinin istifadəsinin tənzimlənməsi üzrə komissiyası tərəfindən təsdiqlənmiş iş planına uyğun məsələlər müzakirə ediləcək.
 
Azərbaycanı qeyd edilən komissiyada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev (komissiyanın sədr müavinlərindən biri) və Radiotezliklər üzrə Dövlət Komissiyasının katibi Salman Hüseynov təmsil edirlər.

Aynur Vəliyeva
 




27/02/14    Çap et