Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “Windows 7” və “XP” sistemlərində boşluqların sayı iki dəfə artıb


İnformasiya təhlükəsizliyi sahəsində tədqiqatlarla məşğul olan “Secunia” analitik şirkəti “Windows 7” və “XP” əməliyyat sistemlərində aşkar edilmiş boşluqların sayının artması haqqında məlumat verib.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, 2013-cü ildə “Windows 7” sistemində 102, “Windows XP” sistemində 99 boşluq aşkar edilib. Bir il bundan əvvəl aşkar edilmiş boşluqların sayı müvafiq olaraq 50 və 49 təşkil edib.

Lakin “Microsoft”un əməliyyat sistemləri “Windows 8” sistemi aşkar edilmiş boşluqların sayına (156) görə birinci olub. Bu halda tədqiqatda bildirilib ki, "Windows 8" platformasında aşkar edilmiş problemlərdən 55-i “Internet Explorer” brauzerinə inteqrasiya edilmiş “Adobe Flash Player” plaqini ilə bağlıdır.

Proqramçıların problemləri mümkün qədər tez aradan qaldırmağa çalışması ekspertlərin diqqətindən yayınmayıb. Ötən il ən populyar proqram məhsullarının 50-də boşluqların 86 faizi aşkar edildiyi gün aradan qaldırılıb.

Emil Hüseynov
 




27/02/14    Çap et