Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!”-nun videoçatı izlənilirmiş


"The Guardian" qəzeti yazır ki, Britaniyanın Hökumət Rabitəsi Mərkəzi (GCHQ) "Yahoo!"-nun saytında videoəlaqə xidmətinin istifadəçilərini izləməkdə ittiham olunur. İstifadəçilərin izlənməsi ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "The Guardian" tərəfindən ələ keçirilmiş məlumatlara əsasən, videoəlaqə xidmətini izləmə proqramı ən azı 2008-2012-ci illərdə aktiv tətbiq olunub.
 
2008-ci ilin birinci yarısında "GCHQ" əməkdaşları 1,8 milyondan çox məxfi fotoşəklə baxıblar və onların bir çoxu intim xarakterli olub. Daha sonra bu şəkilləri "əvvəllər mühakimə edilmiş və terrorizm törətməkdə şübhəli bilinən şəxslərin identifikasiyası"nda istifadə etmək nəzərdə tutulub.
 
"Yahoo!" nümayəndələri dərc edilmiş məlumatlara münasibət bildirərək bu barədə xəbərsiz olduqlarını deyiblər. İnternet şirkəti "GCHQ" qurumunun fəaliyyətini pisləyib.
 
İzləmə haqqında "The Guardian" nəşrinə MTA-nın əməkdaşı Edvard Snouden məlumat verib.
 
Emil Hüseynov




28/02/14    Çap et