Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda “dəyirmi masa” keçiriləcək
Multimedia Mərkəzi “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda “dəyirmi masa” təşkil edəcək.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan monitorinqlərin yekunu haqqında hesabat təqdim olunacaq.
“Dəyirmi masa”da, həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısı təqdim olunacaq.
Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.
“Dəyirmi masa”da dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Aynur Vəliyeva
28/02/14 Çap et