Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LINE” səsli zəng xidmətini istifadəyə verəcək


Mesajlarla ani mübadilə xidməti göstərdiyi xidmətlərin siyahısını genişləndirmək niyyətindədir. İstifadəçilər artıq gələn aydan səsli zənglər də edə biləcəklər. Yeni xidmətin istifadəsi mart ayına planlaşdırılıb.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “LINE”-in səsli xidməti ilk öncə Yaponiya, ABŞ, Meksika, İspaniya, Tailand və Filippində əlçatan olacaq. Dəqiqə ödənişi və danışıq dəqiqələrinə görə əvvəlcədən ödəniş tarif planı istifadəçilərin ixtiyarına təqdim ediləcək.

Emil Hüseynov
 




28/02/14    Çap et