Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Baş direktor smartfonun imkanlarını nümayiş etdirərkən onu xarab etdi


Fransanın "Archos" şirkətinin direktoru Loik Pure "Quechua 5" smartfonunun imkanlarını nümayiş etdirən zaman gülməli hadisə baş verib. Pure jurnalistlərə aparatın xarici təsirlərə dayanaqlığını göstərmək qərarına gəlib.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, smartfon hündürlükdən  düşməyə davamlı olub və bundan ilhamlanmış iş adamı onun su buraxmamaq qabiliyyətini yoxlamaq qərarına gəlib və onu suya salıb.

 Məlum olub ki, model buna hazır deyil və aparat xarab olub.
 
Emil Hüseynov
 




28/02/14    Çap et