Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 10 il ötür


Bu gün Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 10 ili tamam olur.

Nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə MR-in keçmiş Rabitə Nazirliyinin bazasında yaradılıb. Nazirliyin yaradılması bu sahənin gələcək inkişafı, vətəndaşların müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından mühüm əhəmiyyətə malik olub, qısa müddət ərzində muxtar respublikada rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsinə yüksəlib.

Hazırda ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Muxtar respublikada rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır.

CAHANGİR




28/02/14    Çap et