Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya Yer kürəsini müşahidə edəcək meteoroloji peyk buraxıb


Yaponiya Yer kürəsinin orbitinə yeni meteoroloji müşahidə peyki buraxıb.

"ICTnews" xəbər xidmətinin "http://kapital-rus.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni peyk Yer kürəsinin 90% ərazisini müşahidə edə biləcək.
 
Raketin orbitə buraxılması dünən Taneqasima (Kaqosima prefekturası) kosmodromundan həyata keçirilib.
Peyk yapon mütəxəssisləri və "NASA"  ilə birgə işlənib hazırlanıb. Onun istehsalına  250 milyon dollar vəsait sərf edilib.
 
Peyk 250 antenadan ibarət unikal sistemlə təchiz edilib. Aparat real vaxt rejimində havanın vəziyyətini izləyəcək.
 
 
Aynur Vəliyeva




28/02/14    Çap et