Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək


Bu gün  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) Müşahidə Şurasının iclası keçiriləcək.
 
İclasda ötən dövr ərzində görülmüş işlər barədə məlumat veriləcək.
 
Eyni zamanda, İTİDF haqqında Əsasnaməyə uyğun olaraq, layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcminin müəyyən edilməsi, "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"nda əlavə və dəyişikliklərin edilməsi müzakirə olunacaq.

İclasda qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarının 5.8. bəndində  bağlanmış müqavilə əsasında layihələrin mərhələli, icrası 24 aya qədər olan kiçik və orta həcmli layihələr üzrə isə maliyyələşdirmənin üç mərhələdə aparılması təklif ediləcək.
 
Təkliflərə əsasən, ilkin mərhələdə layihənin ümumi dəyərinin 40, ikinci mərhələdə 30, üçüncü mərhələdə  yekun hesabatı təqdim edildikdən sonra qalan  30 faizin müvafiq bank hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva


  

 




28/02/14    Çap et