Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” mayın 1-dən yalnız təsdiqlənmiş genişlənmələri dəstəkləyəcək


“Google” tərtibatçılara daha iki ay vaxt verib ki, onlar “Chrome” brauzeri üçün yaratdıqları genişlənmələri “Chrome” onlayn mağazasında qeydiyyatdan keçirsinlər, əks halda brauzer üçün "qeyri-rəsmi" genişlənmələr başlanğıc ayar kimi bloklanacaq və işləməyəcək. Xatırladaq ki, bundan əvvəl “Google”dan bildirilib ki, brauzer üçün zərərli genişlənmələrin yaradılması hadisələri artıb, buna görə şirkət istifadəçilərin qorunması üçün təbir görməlidir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google Chrome” brauzerinin mühəndislik direktoru Erik Key deyib ki, ilk öncə yeni siyasəti apreldə işə salmaq planlaşdırılıb, lakin bir çox tərtibatçılar əlavə vaxt tələb ediblər və “Google” razılaşıb.

Emil Hüseynov




01/03/14    Çap et