Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
LTE xidmətləri istifadəçilərinin sayı ildə 43,6 faiz artacaq
"ABI Research" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünyada LTE abunəçilərinin sayı 229,7 milyona çatıb. Bu halda "LTE-FDD" və "LTE-TDD" standartları daha geniş tətbiq edilib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, coğrafi nöqteyi-nəzərdən Asiya-Sakit okean regionu və Şimali Amerika sözügedən bazarın inkişafına böyük töhfə veriblər və onların bazar payı müvafiq olaraq 49% və 18% təşkil edib – "ABI Research"in elmi işçisi Marina Lu deyib.
Yaxın 5 ildə LTE xidməti istifadəçilərinin sayı ildə 43 faiz sürətlə artmağa davam edəcək və proqnozlaşdırılan dövrün sonunadək 2 milyardı ötəcək. Demək olar ki, bütün mobil operatorlar "LTE-Advanced" standartlı şəbəkələri genişləndirməyi planlaşdırırlar, bu şəbəkələr yüksək keçirtmə qabiliyyəti sayəsində artan mobil trafikin öhdəsindən gəlməyə kömək etməlidir.
"ABI Research"in qiymətləndirməsinə görə, 2019-cu ildə "LTE Advanced" yüksəksürətli şəbəkələri təxminən 750 milyon abunəçiyə malik olacaq ki, bu da LTE şəbəkəsinin ümumi istifadəçi bazasının 37.3 faizini təşkil edəcək. Bu standart daha çox Şimali Amerika, Asiya-Sakit okean regionu və Qərbi Avropada tətbiq ediləcək.
Emil Hüseynov
01/03/14 Çap et