Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda müasir İKT ilə təchiz olunacaq daha bir məhkəmə binasının təməli qoyulub
Son illər müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilib, ölkəmizdə konseptual baxımdan yeni olan bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin və binalarının, o cümlədən ötən aylar ərzində İmişli və Qəbələ rayon məhkəmələri üçün yeni binaların təməli qoyularaq intensiv inşasına başlanılıb.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində fevralın 28-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Ümumi sahəsi 7672 m2 olan 4 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və videosistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.
CAHANGİR
01/03/14 Çap et