Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iMessage” messenceri bir ildə 20 dəfə populyarlaşıb


“Apple” korporasiyasının direktoru Tim Kuk yaxın vaxtlarda elan edib ki, şirkətin “iMessage” messenceri son zamanlar bazarda böyük uğurlara imza atıb. Belə ki, son hesabata əsasən, "alma" qurğusu sahiblərinin arasında bu tətbiqin populyarlığı və ona tələbat yalnız son ildə 20 dəfə artıb.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin yanvar ayına görə, “iMessage” messenceri gündəlik orta hesabla 2 milyard mesaj emal edib. 2014-cü ilin müvafiq ayının nəticəsinə görə, bu göstərici  artıq 40 milyard təşkil edib. “iMessage” artıq “WhatsApp” messencerinə açıq-aşkar rəqibdir. Sonuncu gündəlik 50 milyard mesaj emal edir.
 
Emil Hüseynov
 




03/03/14    Çap et