Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumdünya Poçt İttifaqının növbəti Poçt Əməliyyatları Şurası 31 mart - 11 aprel tarixlərində keçiriləcək


Ümumdünya Poçt İttifaqının (ÜPİ) növbəti Poçt Əməliyyatları Şurası (PƏŞ) 31 mart -11 aprel tarixlərində keçiriləcək. PƏŞ-in yaz sessiyasında Azərbaycanın da iştirakı nəzərdə tutulur.
 
Qeyd edək ki, Poçt Əməliyyatları Şurası poçt sisteminin modernləşdirilməsinə, poçt məhsulları və xidmətlərinin təkmilləşdirilməsinə yardım edir. PƏŞ poçt biznesinin iqtisadi, ticari və əməliyyat aspektləri ilə məşğul olur.
 
Qurum, həmçinin vahid təcrübə lazım olduğu halda texnoloji əməliyyat və ya digər proseslər üzrə  standartlara dair üzv ölkələrə öz səlahiyyətləri daxilində tövsiyələr verir.
 
Həqiqət İSABALAYEVA




03/03/14    Çap et