Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün telefonun ixtiraçısının anadan olduğu gündür


1847-ci il martın 3-də Edinburq şəhərində telefonun ixtiraçısı və "Bell Labs" şirkətinin banisi Aleksandr Bell anadan olub. O, uşaqlıqdan elmlə maraqlanırdı. Məhz o zaman səs üzərində sınaqlara başlayıb. 1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya gəliblər. Bell səslə bağlı araşdırmalarına davam edərək hətta musiqini xətlər vasitəsilə ötürən elektrik piano yaradıb. 1876-cı ildə isə o, telefon ixtirasına görə patent alıb (digər versiyaya əsasən, telefonun ixtiraçısı italyan əsilli amerikalı Antonio Meuççi sayılır).

İxtira mükəmməl olmayıb: aparat vasitəsilə yalnız 250 metr məsafədə danışmaq mümkün idi. Buna görə də Bell qurğusunu daim təkmilləşdirb. O, tezliklə iki tərəfdaşı ilə birlikdə "Bell Company" telefon şirkətinin əsasını qoyub. Bu şirkətin yaradılması ABŞ-da telefoniyanın inkişafı və yeni telefon şirkətlərinin yaranmasına səbəb olub. 1900-cü ilədək ABŞ-da 1,5 milyon telefon quraşdırılmışdı.

Aleksandr Bell 1922-ci il avqustun 2-də dünyasını dəyişib. İxtiraçının xatirəsinə hörmət əlaməti olaraq ABŞ-da telefon əlaqəsi bir dəqiqəlik söndürülüb.

Emil Hüseynov




03/03/14    Çap et