Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer bazarının vəziyyəti araşdırılıb


Cari ilin fevral ayına olan məlumata görə, “Chrome” və “Firefox” brauzerlərinin bazar payı, demək olar ki, bərabərdir: “Google”un brauzerinin payı 16.8%, “Firefox”da isə 17,6%-dir. “Net Applications” tədqiqat şirkətinin məlumatına görə, “Microsoft”un “Internet Explorer” brauzeri liderdir.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, onun göstəricisi sabitdir: fevral ayında 58,19% təşkil edib.
 
Norveçin “Opera” brauzeri, demək olar ki, yeni istifadəçi cəlb etmir, köhnə istifadəçilər isə tədricən proqramdan imtina ediblər. Əgər bu tendensiya saxlanılsa, 2014-cü ilin sonunadək onun bazar payı 1%-dən aşağı düşə bilər.
 
Emil Hüseynov
 
 
 
 




03/03/14    Çap et