“Apple” rəsmən avtomobillər üçün “iOS” sistemini təqdim edib
“Apple” şirkəti rəsmən avtomobillər üçün “iOS” əməliyyat sisteminin optimallaşdırılmış versiyasını - “CarPlay” platformasını təqdim edib. “CarPlay” ilə təchiz ediləcək ilk avtomobillər martın 6-16-da Cenevrə avtosalonunda nümayiş olunacaq “Ferrari”, “Mercedes-Benz” və “Volvo” olacaq.
Şirkətin məlumatına görə, “CarPlay” texnologiyası sürücülərə nəqliyyat vasitəsini idarə edən zaman “iPhone” smartfonları ilə effektiv əlaqədə olmağa imkan verəcək. Xüsusilə burada söhbət zəng, bildiriş, xəritə və musiqinin idarə edilməsindən gedir. “CarPlay”in imkanları ilə “Siri” səs funksiyası vasitəsilə işləmək mümkündür.
"iPhone 5s”,”iPhone 5c” və “iPhone 5” smartfon modelləri ilə uyğunluq təşkil edən “CarPlay” “iOS 7” üçün yenilənmə şəklində satışa çıxarılacaq.
Gələcəkdə texnologiyanın “BMW Group”, “Ford”, “General Motors”, “Honda”, “Hyundai Motor Company”, “Jaguar Land Rover”, “Kia Motors”, “Mitsubishi Motors”, “Nissan Motor Company”, “PSA Peugeot Citroen”, “Subaru”, “Suzuki” və “Toyota Motor Corp” avtomobillərində istifadə ediləcəyi gözlənilir, - “Onliner
www.onliner.by” yazır.