Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rəyi soruşulanların 25%-dən az hissəsi heç vaxt internetdə alış-veriş etməyib
"McKinsey & Company" konsaltinq şirkətinin onlayn ticarət bazarında keçirdiyi araşdırmanın nəticələrinə əsasən, internet üzərindən heç vaxt sifariş etməyən istifadəçilərin payı 40-dan 23%-dək azalıb. Sorğuda 16 ölkənin 150 mindən çox sakini iştirak edib.
Bundan başqa, internet istifadəçilərin yeni geyim brendləri və məhsullar haqda xəbərdar edilməsində ənənəvi KİV-i ötüb.
"ICTnews" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, məhsulların satın alınmasında, həmçinin sosial şəbəkələrin rolu yüksəlib.
Emil Hüseynov
03/03/14 Çap et