Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə planşet satışlarının həcmi 68% artıb
"Gartner" analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ildə dünyada ümumilikdə 195,4 milyon planşet satılıb ki, bu da 2012-ci illə müqayisədə 68% çoxdur.
Ötən ilin dördüncü rübündə "iOS" platforması ilə işləyən qurğuların satış həcminin artmasına baxmayaraq, ötən ilin nəticəsinə görə bazarda onların payı 16.8% azalıb.
Həmçinin mütəxəssislər "Android" platformasının mövqeyinin möhkəmlənməsinə diqqət yetirirlər: 2013-cü ildə satılmış 120 milyondan çox planşet bu əməliyyat sistemi ilə işləyir və sözügedən mobil platformanın payı 62% (+16%) olub. Ucuz yığcam modellərin populyarlığının artması irəliləyişə səbəb olub.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Microsoft", həmçinin planşet bazarında öz vəziyyətini yaxşılaşdırıb, lakin şirkətə məxsus ƏS-nin payı əvvəlki kimi azdır (2,1%). Ekspertlərin qiymətləndirməsinə görə, dünyada son ildə 4 milyondan çox "Windows"-planşet satılıb. Qeyd edək ki, 2012-ci ildə bu göstərici 1 milyondan bir qədər çox olub.
Mütəxəssislər deyiblər ki, şirkətlər arasında qüvvələr nisbətinə gəldikdə isə "Apple" öz liderliyini qoruyub saxlayıb: ötən il şirkət təxminən 70,4 milyon qurğu satıb və "iPad" planşetinin bazar payı 36% olub.
Emil Hüseynov
03/03/14 Çap et