Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Parollarımızı niyə bölüşməliyik?


Dünyasını dəyişmiş və ya ağır xəstə olan insanların yaxınlarının onun elektron poçtuna, bank və ya digər hesablarına giriş əldə etməsi bu gün kifayət qədər ciddi problemdir. Əgər hesabın sahibi əvvəlcədən bunu nəzərə almazsa, onun həlli də çətinləşər.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, “Google” mərhum şəxsin elektron poçtuna daxil olmaq səlahiyyəti verilmiş şəxsdən həmin insanın tam adı və poçt ünvanı, şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin surətini, həmçinin ölüm haqqında şəhadətnaməsini tələb edir.

Bütün bu sənədləri “Google”-un elektron poçtuna göndərmək lazımdır. Yalnız şirkət nümayəndələrinin müzakirəsindən sonra prosedurun ikinci mərhələsinin keçirilib-keçirilməyəcəyi, əlavə sənədlərin lazım olub-olmayacağı barədə məlumat verilir.

Emil Hüseynov
 




04/03/14    Çap et