Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” onlayn ödəmə portalında yeni kampaniya keçirilir


“AccessBank”, “AccessQazanc” layihəsi çərçivəsində “Hesab.az” saytı ilə birgə yeni kampaniyaya start verib.
 
 Bankdan verilən məlumata görə, artıq “AccessBank” plastik kartlarının sahibləri “www.hesab.az” saytında ödəniş həyata keçirərkən, ödədikləri məbləğin 0,5%-ni kartlarına geri alacaqlar. Bu, “AccessBank” və “GoldenPay” arasında imzalanan müqavilə nəticəsində mümkün olub.
 
Qeyd edək ki, “www.hesab.az”  vasitəsilə ödənişlər sürətli, rahat və təhlükəsizdir. Bu portalda aparılan əməliyyatlar zamanı, ödənişlərin təhlükəsizliyi müasir şifrlənmə texnologiyaları vasitəsilə təmin olunur. İnternet portal həftənin 7 günü, 24 saat ərzində fəaliyyətdədir.

CAHANGİR




04/03/14    Çap et