Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya açıqlığı səviyyəsi son bir ildə 6% artıb


“Multimedia” Mərkəzi tərəfindən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda  “dəyirmi masa”  keçirilib.
 
Toplantıda mərkəzi  və yerli icra orqanlarının  informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan monitorinqlərin yekunu haqqında hesabat və dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti  reytinq cədvəli ictimaiyyətə təqdim olunub.
 
Reytinq cədvəlində Mərkəzi icra orqanları arasında informasiya bərabərsizliyi müşahidə olunub, belə ki, ən yuxarı 10 yer üzrə informasiya açıqlığı səviyyəsi ötən illə müqayisədə 6% artaraq 65% təşkil edib, ən aşağı 10 yer üzrə isə 4% artaraq 16% təşkil edib.

Ekspertlərin rəyinə əsasən, bu göstəricilər yetərli olmağına baxmayaraq, mərkəzi icra orqanlarının elektron xidmətləri ilk il təqdim etdiyi nəzərə alındığı halda pis göstərici deyil.

Mərkəzi icra qurumlarının 74-nün orta informasiya açıqlığı üzrə göstəricisi 39% təşkil edib, bu da ötən illə müqayisədə 6,5% çoxdur, 67 yerli icra qurumları üzrə informasiya açıqlığı 14%, yalnız rayon icra orqanları üzrə isə informasiya açıqlığı 5% artaraq 12% təşkil edib.

Hesabat son  6 ay ərzində 75 mərkəzi icra hakimiyyəti orqanı və 66 yerli icra  hakimiyyətinin onlayn şəffaflıq vəziyyətini əks etdirir.

Monitorinq informasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan metodika əsasında gerçəkləşdirilib.


Aynur Vəliyeva




04/03/14    Çap et