Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda offlayn şəkildə göstərilən bütün dövlət xidmətlərinin reyestrinin hazırlanması təklif edilib
Azərbaycanda onlayn şəffaflığı təmin etmək məqsədi ilə offlayn şəkildə göstərilən bütün dövlət xidmətlərinin reyestrinin hazırlanması təklif edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Multimedia Mərkəzinin Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə vətəndaşlar arasında tələb olunan 83 dövlət xidmətindən ibarət siyahı hazırlanıb. Bu xidmətləri ölkə prezidenti tərəfindən təsdiq edilmiş dövlət elektron xidmətləri siyahısına əlavə etmək təklif olunur. Artıq siyahı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyinə təklif edilib.
Bununla yanaşı, elektron dövlət xidmətlərinin əhali arasında tanınması məqsədi ilə hər bir nazirliyə öz elektron xidmətləri üzrə internetdə, televiziyada və digər insanların toplaşdığı yerlərdə geniş reklam kampaniyalarının keçirilməsi təklif edilib.
Aynur Vəliyeva
04/03/14 Çap et