Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

4 il sonra operatorlar rouminqdən 8% gəlir əldə edəcəklər


“Juniper Research” analitiklərinin gəldiyi nəticəyə əsasən, rouminq tariflərinin ucuzlaşması operatorların bu xidmətdən əldə etdiyi gəlirlərin artmasının əsas səbəblərindən biridir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirmələrinə görə, 2014-cü ildə mobil operatorlar beynəlxalq rouminqdən təxminən 57 milyard dollar qazanacaq və 2018-ci ilədək bu gəlir 90 milyard dollar təşkil edəcək ki, bu da mobil şirkətlərin ümumi gəlirinin 8%-nə bərabər olacaq.

2013-cü ildə rouminq internet trafiki operatorlara xidmətdən istifadə edən abunəçilərin ümumi mədaxilinin 36 faizi məbləğində qazanc gətirib.

Emil Hüseynov
 




04/03/14    Çap et