Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə fərdi kompüter bazarının həcmi azalıb
“IDC” şirkətinin məlumatına əsasən, ötən il qlobal fərdi kompüter tədarüklərinin həcmi 9,8 faiz azalıb, halbuki 2014-cü ildə nəzərəçarpacaq dərəcədə azalma gözlənilir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, analitik şirkətin qiymətləndirməsinə əsasən, 2013-cü ildə qlobal fərdi kompüter tədarüklərinin həcmi 315,1 milyon olub. “IDC”-dən məlumat verilib ki, dördüncü rübdə fərdi kompüterlərin tədarük həcmi gözləntilərdən yaxşı olub, hərçənd ki inkişaf etməkdə olan bazarlar üzrə proqnoz başqa qurğuların FK-yə təzyiqi, iqtisadi vəziyyətin pisləşməsi fonunda azalıb.
Şirkətin məlumatına əsasən, bu il sözügedən bazarın həcmi 6,1% azalaraq təxminən 295,6 milyon olacaq.
Emil Hüseynov
05/03/14 Çap et