Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” internet telefoniya xidməti “Outlook.com” elektron poçtuna inteqrasiya edilib
Artıq “Outlook.com” internet xidmətinin istifadəçiləri bilavasitə brauzerdə “Skype” internet telefoniya xidməti ilə işləmək imkanı əldə ediblər. “Microsoft”un bəyanatına əsasən, “Skype” və “Outlook.com” xidmətlərinin inteqrasiyası artıq başa çatdırılıb və bütün dünyada əlçatandır.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Skype”ın marketinq üzrə direktoru Karen Tonq deyir ki, sözügedən imkandan istifadə üçün ilk öncə plaqin yükləmək lazımdır və bundan sonra “Outlook.com” hesabına daxil olmaq lazımdır.
Emil Hüseynov
05/03/14 Çap et